azadses.az » Dünya » Seçilsə, ABŞ tarixinin ilk qadın vitse-prezidenti olacaq

Seçilsə, ABŞ tarixinin ilk qadın vitse-prezidenti olacaq

Prezidentliyə Demokrat namizəd Co Bayden Kaliforniya senatoru Kamala Harrisi ABŞ-ın vitse-prezidentliyinə namizəd seçib.
"Qafqazinfo" politoloq Şahin Cəfərlinin yeni namizədlə bağlı şərhini təqdim edir:
"Bayden vitse-prezidentliyə namizədini seçdi: senator Kamala Harris.
Lap əvvəldən Bayden elan etmişdi ki, bu vəzifə üçün qadına üstünlük verəcək. Ölkədəki son olaylardan - Black Lives Matter hərəkatından sonra qadın namizədin dərisinin rəngi də önəm qazandı və onun qeyri-ağ olması barədə partiya daxilində konsensus yarandı.
Harris əslində prezidentliyə namizəd olmaq istəyirdi, amma kampaniyası uğurlu alınmadı və mübarizəni tez dayandırdı. Elə o vaxtdan onun adı VP vəzifəsi üçün şanslı namizədlər arasında hallanırdı. Obama komandasının bəzi üzvləri prezidentin sabiq milli təhlükəsizlik müşaviri Suzan Raysın təbliğatını aparırdı. Konqresdəki afroamerikalı demokrat qadınların və eyni irqi xüsusiyyətlərə malik qubernatorların da adları gündəmə gəlmişdi.
Harrisin namizədliyinə müqavimət var idi, onun çox ambisiyalı olduğunu və Baydenin andiçməsindən dərhal sonra öz prezidentlik kampaniyasına başlayacağını söyləyirdilər. Bu səbəbdən, intriqa son saatlara qədər davam etdi, əsas sual bu idi ki, Bayden hansı profilə üstünlük verəcək - siyasi iddiası olan güclü fiqura, yoxsa perspektiv siyasi planları olmayan texniki namizədə? Bayden birinciyə üstünlük verdi.
Bu seçim niyə əvvəlki dövrlərlə müqayisədə daha önəmlidir?
Baydenin yaşı etibarilə çox aktiv prezidentlik etməyəcəyi gözlənilir. (Tramp onu "yuxulu Co" adlandırır.) İkinci adamın idarəçilikdə rolu və təsiri bu səbəbdən artacaq. Bayden seçilsə (şansı çox yüksəkdir), səlahiyyətlərinin icrasına başlayacağı gələn il 78 yaşında olacaq. (ABŞ tarixinin ən yaşlı prezidenti.) Bu yaşdakı adamın hər an səhhətinin ağırlaşması, hətta vəfat etməsi ehtimalı var. Bu kimi hallarda vitse-prezident ölkənin yeni prezidenti olur. Digər tərəfdən, Bayden səlahiyyət müddətini problemsiz başa vursa belə, onun ikinci müddətə namizəd olması ehtimalı çox azdır. Bu halda, 2024-cü ildə prezidentliyə əsas namizədlərdən biri kimi vitse-prezidentin adı önə çıxacaq. Elə buna görə də, partiya daxilində vitse-prezidentlik uğrunda ciddi rəqabət gedirdi və Baydenin qərarı səbirsizliklə gözlənilirdi.
Beləliklə, Bayden Harrisə üstünlük verməklə həm də demokratların prezidentliyə növbəti namizədini işarə etmiş oldu. Harris Bayden kimi mötədil liberaldır, bu isə o deməkdir ki, sistemin xas adamı olan qoca Co və onu dəstəkləyən elita son illər demokratlar daxilində xeyli güclənmiş proqressiv (sol) qanadın partiyaya və ölkəyə hakim olmasını istəmir.
Kamala Harris 56 yaşındadır. Atası yamaykalı, anası hindistanlıdır. Kaliforniyanın baş prokuroru olub. Seçilsə, o, ABŞ tarixinin ilk qadın (və tünd dərili qadın) vitse-prezidenti olacaq".

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib