azadses.az » Dünya » Fransanın Yaxın Şərqdəki oyunları – “Hizbullah”la gizli müttəfiqlik - ŞƏRH

Fransanın Yaxın Şərqdəki oyunları – “Hizbullah”la gizli müttəfiqlik - ŞƏRH

Fransa Yaxın Şərqdəki ekspansionist siyasətini davam etdirmək niyyətinə düşüb. Onun Livanı silahlandırmaq qərarı müharibənin qarşısını almaq yox, müharibəni daha da qızışdırmaq mənasına gəlir. Çünki rəsmi Beyrutun ordusuna göndərilən bu silah əslində dolayı yolla “Hizbullah”a göndərilir və savaş alovunun üstünə əlavə benzin tökür. Təsadüfi deyil ki, Fransanın müdafiə naziri Sebastian Lekörnu İsrail və “Hizbullah” arasında gərginliyin artdığı bir vaxtda Livan ordusunun gücləndirilməsinin “həyati vacib” olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, Yelisey sarayı müharibənin qarşısını almaq üçün heç nə etmir, əksinə, “Hizbullah”a daha çox yardım edir. Göndərilən silahlar Livan ordusu üçün nəzərdə tutulub. Amma silahlı qruplaşmanın Livan ordusundakı nüfuzunu, 2015-ci ildə Səudiyyə Ərəbistanı ilə Fransanın bu orduya 3 milyard dollarlıq silah göndərməsi və hərbi texnikanın, silah-sursatın “Hizbullah”ın əlinə keçməsi barədə kifayət qədər faktlar var.

Fransanın XİN başçısı Ketrin Kolonna isə Livana İsrail və HƏMAS arasındakı savaşa qoşulmamaq barədə çağırış edib. Bu, rəsmi Parisin üzdə olan mövqeyidir. Əslində baş verən isə yuxarıda sadalanıb. Bəs fransız hökumətini İsrailə qarşı addım atmağa, terrorçu təşkilatı silahlandırmağa vadar edən səbəblər nələrdir? Yelisey sarayının bu məsələdə həm iqtisadi, həm də geosiyasi maraqları ön plana çıxır. Fransa Yaxın Şərqdə ölməkdə olan nüfuzunu bərpa etmək, münaqişələrin davam etməsi halında silah satışını artırmaq, bununla da Livanı özündən daha asılı vəziyyətə salmaq məqsədini güdür.

Bununla belə, fransız silahlarının Livan ordusuna göndərilməsi ABŞ və digər Qərb dövlətlərində birmənalı qarşılanmayıb. Hazırlanan hesabatlarda qeyd edilir ki, Livan ordusuna tədarük edilən hər hansı hərbi texnikanın “Hizbullah” və ya onun gizli hamisi sayılan İranın əlinə keçmə riski böyükdür. Nəzərə almaq lazımdır ki, qruplaşma İsrailin şimalını davamlı raket hücumlarına məruz qoyur və müharibə riski getdikcə artır. Rəsmi Paris isə bu riskə məhəl qoymayaraq, üzdə Livan ordusunu, əslində isə qruplaşmanı silahlandırmaq qərarına gəlib.

“Hizbullah”ın Livan ordusuna ciddi hərbi və siyasi təsiri var. Ordu və qruplaşma arasında koordinasiya isə 1990-cı illərin ortalarından başlayıb. Hərəkatın liderlərindən olan İmad Muqniya qətlə yetirildikdən sonra qatillər saxlanılıb. Livan ordusunun ölkəboyu məlumat şəbəkəsi var və bu səbəbdən də belə bir qətlin üstünü açmaq çətin deyildi. 2013-cü ildə “Hizbullah” Livan ordusuna “Əhməd əl-Əssir” sələfi qruplaşmasına qarşı Sayd döyüşlərində dəstək verib. Ötən ilin avqust ayında da radikal islam qruplaşmalarına qarşı savaşda Livan ordusu ilə çiyin-çiyinə vuruşub. Bütün bu faktlar onu deməyə əsas verir ki, Fransa silahı asanlıqla Livan ordusundan “Hizbullah” qruplaşmasına keçəcək.

2023-cü ilin 7 oktyabr tarixində HƏMAS-ın İsrailə hücumundan sonra bu ölkənin şimal sərhədində silahlı insidentlər adi hala çevrilib. “Hizbullah” isə daim münaqişənin əhatə dairəsini genişləndirməklə hədələyir. 6 noyabr tarixində isə hərəkatın lideri Həsən Nəsrallah açıqlama verib ki, qrup bütün variantlara hazırdır və istənilən vaxt bu yollara baş vuracaq. İki gün sonra isə qruplaşma 1500 nəfərlik dəstəsini Suriyadan Livana köçürdü.

Livan ordusunun silahlandırılmasının İsrail üçün təhlükə olduğu, bu texnikanın “Hizbullah”ın əlinə keçməsi barədə kifayət qədər faktlar var. Məsələn, 2016-cı ildə ABŞ tərəfindən Livan ordusu üçün nəzərdə tutulmuş zirehli personal daşıyıcıların “Hizbullah” tərəfindən istifadə edilməsi barədə görüntülər yayılmışdı. İsrailin ALMA araşdırma mərkəzi tərəfindən də ABŞ, Böyük Britaniya, Fransa və digər Avropa ölkələrinin Livan ordusuna verdiyi silah və hərbi texnikanın “Hizbullah”ın əlinə keçdiyi barədə faktlar ortaya qoyub.

Parisin Livan ordusuna göndərdiyi zirehli döyüş maşınları isə “Hizbullah”a İsrailə hücum zamanı faydalı ola bilər. Dolayı yolla, Yelisey sarayı silahlı qruplaşmanı İsrailə qarşı istifadə edə biləcəyi hərbi texnika ilə təmin edir.

Maraqlıdır ki, Livan, xüsusən də “Hizbullah” İranın yaxın müttəfiqi hesab edilir. Fransanın isə Tehranın yaxın müttəfiqləri ilə şübhəli silah müqaviləsi bağlaması artıq dəb halını almaq üzrədir. 2023-cü ilin əvvəlində Parislə İrəvan arasında silah satışı ilə bağlı razılaşmalar əldə edilib. Bu silahların İran və Rusiyanın əlinə keçmə riski böyük olsa da, fransız siyasətçiləri buna məhəl qoymadılar və Qafqaz regionunda Rusiya və Türkiyə ilə nüfuz rəqabətində aktiv fazaya qoşuldular. Rusiya və İranın Qərb müttəfiqlərinə qarşı hibrid mübarizə apardığı bilinir. Fransa isə Cənubi Qafqazda daha böyük nüfuz əldə etmək üçün Kremli və rəsmi Ankaranı neytrallaşdırmaq xülyasına qapılıb.

Ötən ay isə fransız hökuməti öhdəliyini artıraraq Ermənistanı “Thales Ground Master 200” radar sistemi ilə təmin etdi, eyni zamanda “Mistral”zenit-raket komplekslərinin tədarükünü də vəd edib. Təsadüfi deyil ki, bu vədlərdən ürəklənən Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftənin şənbə günü Rusiyanın ünvanına növbəti ittihamlarını səsləndirib və pul ödənilsə də, rəsmi Moskvanın öhdəliyini yerinə yetirmədiyini bildirib, ödənilən məbləğin isə əvvəlki borclar üçün silinməsini istəyib. Bununla erməni siyasətçi Rusiya ilə silah ticarətinin getdikcə dayanacağına işarə edib və bu sahədə yeni müttəfiqinin Fransa olduğuna eyham vurub.

Əslində rəsmi Paris Aralıq dənizi hövzəsindəki çoxşaxəli böhrandan əziyyət çəkir. Burada təsirini saxlamaq üçün Livan və “Hizbullah” kartından istifadə etmək niyyətini qabardır. Əvvəllər Livan Millətlər Liqası tərəfindən verilən fransız mandatı altında idi. Korrupsioner və səriştəsiz Livan hökuməti keçmiş ağası ilə sıx siyasi və mədəni əlaqələrdən istifadə etməkdə davam edir. Livanlıların əksəriyyəti fransız dilində sərbəst danışır. BMT-nin Livandakı UNİFİL qüvvələrinin tərkibində 700 fransız hərbçisi var. BMT-nin səmərəsizliyi isə günü-gündən artır. Çünki 1978-ci ildə yarandığı gündən bu yana UNİFİL sülhü o qədər də qoruyub saxlaya bilmir və Livanın cənubunda hansı sülhməramlı fəaliyyətlə məşğul olması aydın deyil. “Hizbullah” isə tez-tez UNİFİL konvoylarını təqib edir, silah və texnika oğurlayır. Livan ordusunu silahlı qruplaşmaya qarşı rəqabətədavamlı etmək üçün gücləndirmək arqumenti ən yaxşı halda arzudur. Paris isə bu problemdən xəbərdardır və fransız avantürası və Livanda əlaqələri davam etdirmək istəyi Yelisey sarayının maraqlarını bir daha Qərbin maraqlarından üstün tutur. Cənubi Qafqazda olduğu kimi, Fransa “Hizbullah”a dəstək verən İran və Rusiya ilə eyni cəbhədədir...

Kamil Məmmədov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?