azadses.az » Dünya » Türkiyəli mütəxəssislər zəlzələdən sonra yeni tikilən binalarda qüsurlar tapdılar: “Hələ də yetərli deyil”

Türkiyəli mütəxəssislər zəlzələdən sonra yeni tikilən binalarda qüsurlar tapdılar: “Hələ də yetərli deyil”

Türkiyəli mütəxəssislər Kahramanmaraşda baş verən dağıdıcı zəlzələdən sonra yeni tikilən yaşayış evlərini araşdırıblar və digər ölkələrlə müqayisələr aparıblar.

Bu barədə türkiyəli mütəxəssis, inşaat mühəndisi İdris Bedirhanoğlu açıqlama verib.

Zəlzələdən təsirlənən vilayətlərdə ciddi ziyan görən 300-dən çox binada iki qrup halında araşdırma aparan mütəxəssis uçan və yeni tikilən binalarda hələ də sütunların sayının az olduğunu bildirib.

“Yaponiya kimi daha çox zəlzələ görən, lakin daha az insan ölümü olan ölkələrlə müqayisə etdikdə gördük ki, bizdə daşıyıcı sütunlar və tirlərin, arakəsmələrin sayı xeyli azdır. Tikinti sahələrinin nisbəti digər ölkələrlə müqayisədə daha aşağıdır. Məsələn, Türkiyədə bu nisbətin əsasən 0,25 faizdən aşağı olduğunu gördük. Yaponiya kimi ölkələrdə isə 0,25 faizdən yuxarıdır”, - deyə o qeyd edib.

“Adıyaman, Antakya, Kahramanmaraş, Qaziantep və Malatyadakı bütün zəlzələ bölgələrini araşdırdıq. 300-dən çox yeni tikiliyə baxış keçirdik. Yeni tikilən binalarda hələ də bəzi çatışmazlıqlar var. 2023-cü ildə tikilən binalarımızda sütunların sayının hələ də az olduğunu gördük”, - deyə İdris Bedirhanoğlu vurğulayıb.
“Bəzi binalarda həyat üçbucağı dediyimiz üçbucaqlar yoxdur ki, bu da daha çox insan ölümünə səbəb olur. Qaydalar ortaya qoymalıyıq. İçi boş döşəmələr olmayacaq, binanın altında ticarət sahəsi olmayacaq, asma mərtəbə olmayacaq, qapalı proyeksiyalar olmayacaq. Beşmərtəbəli binanın inşasında 20 sütundan istifadə edirsənsə, yeddimərtəbəli binada sütunların sayını 25-ə çatdırmalısan. Yaxud dediyim kimi, indeks olaraq ölçüsünü artırmalısan. Yəni sütunların sayı bina ölçüsünə uyğun olaraq artırılmalıdır”, - deyə mütəxəssis əlavə edib.

“Zəlzələ olacaq, yüz faiz olacaq. Biz bunu bilirik və İstanbuldakı zəlzələni Diyarbəkirdə hiss edəcəyimizə əminik. Binalarımızı çox qısa müddətdə həqiqətən zəlzələyə hazırlamalıyıq, kağız üzərində deyil”, - deyə İdris Bedirhanoğlu qeyd edib.

Mənbə: Haber Global
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  2. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  3. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  4. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
  5. Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb
  6. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında görüş keçirilib
  7. Bakıda iki qardaş bıçaqlanıb
  8. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
  9. Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb
  10. FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb Ətraflı
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırki dövrdə təhsil prosesi olduqca mürəkkəbdir. Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib