Yaponiyada seçkilər zamanı rüşvət verməkdə şübhəli bilinən deputat həbs edilib
- 28-12-2023, 13:52
- Dünya
Tokio prokurorları Yaponiya parlamentinin aşağı palatasının üzvü, əvvəllər hakim Liberal Demokrat Partiyasını tərk etmiş Mito Kakizavanı həbs ediblər.
Bu barədə “Report” “NHK” telekanalına istinadən xəbər verir.
Belə ki, deputat seçkilər zamanı rüşvət verməkdə şübhəli bilinir. Lakin dindirilmələr zamanı deputat əməlinin rüşvət vermək cəhdi olmadığını deyərək təqsirini etiraf etməkdən imtina edib.
İstintaqın məlumatına görə, deputatı 500 min yen (təxminən 3,5 min ABŞ dolları - Qeyd) məbləğində cərimə və ya 3 ilədək həbs cəzası gözləyir. Polis əməkdaşları mümkün sübutları toplamaq üçün Kakizavanın ofisində axtarış aparıblar.