azadses.az » Dünya » Paşinyanı çətin vəziyyətə salan “HARDtalk”un aparıcısından maraqlı cavablar

Paşinyanı çətin vəziyyətə salan “HARDtalk”un aparıcısından maraqlı cavablar

BBC –nin hər buraxılışı dünya üzrə 60-80 milyon insan tərəfindən izlənilən məşhur "HARDtalk" proqramının müəllifi və aparıcısı, dünyanın nüfuzlu siyasi xadimlərini kəskin sualları ilə “divara dirəyən, bu günlərdə Ermənistanın Baş Naziri Nikol Paşinyanı da sualları ilə rəzil duruma salan  Stiven Sakur özü də zaman-zaman sosial şəbəkələrdə izləyicilərinin suallarını cavablandırır. Ona daha çox sual ünvanlayanlar isə təbii ki, ustad televiziyaçının təcrübəsindən bəhrələnmək istəyən jurnalistlər olur. 
"Qafqazinfo" Modern.az-a istinadən məşhur jurnalistin suallara cavabından bir neçəsini təqdim edir:
- Əgər müsahibin söz ehtiyatı azdırsa, qısa və yığcam danışırsa, buna paralel olaraq verilişin sona çatmasına da  xeyli qalmasına baxmayaraq suallar da tükənibsə, Siz necə hərəkət edirsiniz?
- Mənim suallarım heç zaman tükənmir! Mən düşünürəm müsahibə sırasında jurnalistin yeni sual və mövzuları ortaya çıxmalıdır. Bu bacarıq jurnalistdə varsa, müsahibin əgər başlanğıcda ətraflı danışmaq həvəsi olmasa,  belə sonradan bu həvəs yaranır.
- Heç olubmu ki, bir sual vermək istəmisiniz, amma bu barədə sual verməyin etik olmadığınıı, belə bir şeyi soruşmağın dəhşətli olduğunu düşünmüsünüz və nəticədə bu sual verilməyib. Yoxsa Siz heç bir vaxt belə bir vəziyyətə düşməmisiniz? Əgər insan verilən suala dəqiq cavab vermirsə, sualdan yayınırsa, onda konkret cavabı almaq üçün hansı hallarda müsahibi növbəti suallarla “sıxışdırmaq” lazımdır.  Və hansı halda “sıxışdırma” suallarını dayandırıb növbəti suala keçmək lazımdır?
- Əgər görsəm ki, sual yersiz və kobud alınır, mən təbii ki, o sualı vermirəm.  Amma məhz müsahibin hisslərinə toxunduğuna görə sualdan imtina edib – etmədiyimi soruşursunuzsa, buna cavabım “xeyr” olacaq. Ən azı o hallarda ki, mən müsahibə götürdüyüm siyasətçi və dövlət xadimlərindən  istədiyim bütün məlumatları əldə etməliyəm. Yox əgər müsahibim şəxsi faciəsi olan birisi, keçmiş girov və ya dəhşətli cinayət qurbanının yaxınıdırsa, o zaman mən insanların yaralı yerlərinə toxunub-toxunmayacağıma diqqət edirəm... Amma konkret suala konkret cavab almaq vacibdir. Mən sualımı o zamana qədər təkrar edə bilərəm ki, auditoriya müsahibimin suala birmənalı olaraq cavab vermək istəmədiyini anlasın. Bu halda tamaşaçılar özləri nəticə çıxara bilirlər.
- Müsahibiniz hər cəhdlə sualdan yayındığı zaman daxili əsəb gərginliyi keçirirsinizmi? Ümumiyyətlə, bu vəziyyətlərdə nə kimi hisslər keçirirsiniz?
-  “HardTalk”da müsahibə başlayan zaman mən, adətən, həyəcanlanmıram.  Amma görsəm ki, müsahib birbaşa cavabdan qaçır, o zaman mən istədiyim cavabı almaq üçün başqa üslublara əl atıram. Etiraf edim ki, buna heç də həmişə nail ola bilmirəm, amma bu cür intellektual çağırışlar çox xoşuma gəlir.
- Nüfuzlu siyasi xadimlərin qarşısında bu cür israrçı davranmaq Sizi qorxutmurmu?
- Öz işimlə məşğul oluramsa, məni heç nə qorxutmur. Amma studiyanı tərk edərkən müsahibənin yaxşı alınmadığını anlayıramsa,  o zaman ciddi xəyal qırıqlığı yaşayıram.
- Peskovla (Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov—A.B) müsahibədən sonra hansı hissləri keçirdiniz? Onun vəziyyətdən çıxmaq bacarığı Sizi heyrətləndirdimi?
-  Mən Peskovun cavablarından şoka düşmədim. O, çox təcrübəli mətbuat katibidr və sözlərlə manipulyasiya etmək sahəsində ustadır. Peskov öz mövqeyini müdafiə etməyi çox gözəl bacarır. Putin boşuna ona etibar etmir.
- Vladimir Putindən müsahibə götürməyi düşünürsünüzmü? Belə bir planınız varsa, nə vaxta nəzərdə tutursunuz?
- Putindən müsahibə götürməyi çox istəyirəm və bu arzumu Peskov və Lavrov vasitəsilə də çatdırmışam. Amma, hələlik, Kremldən müsbət cavab almamışam.
- Necə bir ailədən çıxmısınız? Harada və nə təhsili almısınız? Peşəkar fəaiyyətinizlə yanaşı maraq dairənizə daha nələr daxildir?
- Mən İngiltərənin şərqində bir kənddə fermer ailəsində böymüşəm. Kənddən çıxıb getmək istəyirdim. Ona görə də jurnalist olmağa qərar verdim. Fermer işi ilə məşğul olmaq çətindir.  Mən Kembric və Harvardda tarix üzrə təhsil almışam. Maraq dairəm genişdir – ailə, idman, xüsusilə də futbol və tennis, kino, teatr, incəsənət, bağçılıq.  Bağda çalışmağı sevirəm, hesab edirəm ki, bağçılıq insan sağlamlığı üçün çox faydalıdır. Mən, həmçinin, səyahət etməyi də çox sevirəm.
- Keçmişdən kimlərdən müsahibə götürmək istərdiniz?
- XX əsrin triumviratı – Stalin, Hitler və Maoya çox sualım var.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib