Danimarkanın müdafiə naziri F-16-ların satışı ilə bağlı Argentinaya gedib
- 26-03-2024, 09:37
- Dünya
Danimarka Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının bir hissəsi Ukraynaya göndəriləcək, qalanları böyük ehtimalla Argentinaya satılacaq.
"Report"un məlumatına görə, bunu Danimarkanın müdafiə naziri Troels Lund Pulsen potensial sövdələşmənin çərçivəsini müəyyən etmək üçün Buenos-Ayresə səfərə gedərkən deyib.
"Biz 19 təyyarəni Ukraynaya göndərmək qərarına gəldik, qalan 24 təyyarə potensial olaraq başqa ölkəyə satılacaq. İndi bu barədə Argentina ilə real danışıqlar aparırıq", - “Ritzau” agentliyi nazirin sözlərindən sitat gətirir.
Bu barədə məlumat uzun müddət gizli saxlanılırdı. Birləşmiş Ştatlar və F-16-nın istehsalçısı “Lockheed Martin” başqa ölkənin təyyarədən istifadəsinə icazə verməli olduğundan, təsdiqləmə prosesi vaxt aparıb.
Danimarka sövdələşmənin gələn ayın əvvəlində yekunlaşacağına ümid edir.