MKİ rəhbəri: İsrail İrana cavab üzərində düşünür
- 19-04-2024, 10:30
- Dünya
İsrail İranın hücumuna mümkün cavab variantını nəzərdən keçirməkdə davam edir, lakin ABŞ regionda gərginliyin azaldılmasına nail olmağa ümid edir.
"Report"un məlumatına görə, bunu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.
"İsrail hökuməti şənbə gecəsi baş verənlərə cavab verməyi düşünür. Bilirsiniz ki, bu cavabı vermək onların seçimidir", - o deyib.
Berns qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden və siyasətçilərin hamısı bu vəziyyəti azaltmaq üçün bir yolun tapılacağına ümid edirlər.
“İranlılar 330-a yaxın pilotsuz təyyarə və raket atıblar, bunlardan yalnız dörd və ya beşi faktiki olaraq İsraili vurub və onların heç biri ciddi ziyan vurmayıb”, - MKİ rəhbəri əlavə edib.