azadses.az » Dünya » Slovakiyanın Baş naziri Avropa İttifaqını kəskin tənqid edib

Slovakiyanın Baş naziri Avropa İttifaqını kəskin tənqid edib

“Avropa İttifaqı ilə bağlı bir fikir söyləyəcəyəm, məncə orada bunu bəyənməyəcəklər. Avropa İttifaqı özünə aşiqdir”.

“Report”un məlumatına görə, bunu Slovakiya Respublikasının Baş naziri Robert Fitso AzərTac-a və AzTV-yə müsahibəsində deyib.

“Özünü dünyada ən yaxşı yer olduğuna və başqalarına dərs vermək haqqına sahib olduğuna inandırıb. Amma digər ölkələr bizdən daha yaxşı ola bilər. Bəzən mənə elə gəlir ki, Avropa İttifaqında imkanlar getdikcə azalır. Avropa İttifaqında nəyin normal, nəyin anormal olmasını öyrənmək üçün mübarizə aparırıq”, - deyə o bildirib. Onun sözlərinə görə, Strasburqda Avropa Parlamentinə keçiriləcək seçkilərin kampaniyasında osial və iqtisadi şəraitdən söhbət açılmır:

“Məni bağışlayın, bu kampaniyada bəzi yerlərdə 2 və ya 3 ayaqyolu olması müzakirə edilir, transgenderlərdən bəhs olunur. Bu mövzular indi orada - Avropada dəbdədir. Amma cəmiyyətə heç bir irəliləyiş gətirmir. Avropa İttifaqı çox ambisiyalı olmağa başlayıb və bu da bizim üçün zərərlidir. Gəlin, yaşıl enerji məsələsinə baxaq.

Bu, Avropa İttifaqı sənayesinə açıq şəkildə ziyan vuracaq. Biz 2035-ci ildə artıq yanacaqla işləyən avtomobillər istehsal etməyəcəyimizə söz verdik. Müharibə və Ukrayna üçün çox pul xərcləyirik. Biz bunu Avropa İttifaqı üçün xərcləyə bilərik. Əsəblər tarıma çəkilir, çünki suveren və müstəqil fikirlərə hörmət itməkdədir. Boyun əysəniz sizi rahat buraxacaqlar, heç bir problem olmayacaq. Amma suveren fikrinizi bildirsəniz, problemlər yaşayacaqsınız”.

Robert Fitso əlavə edib ki, Avropa İttifaqının öz xarici siyasəti mövcud deyil və Atlantik okeanın o biri sahilinə üz tutur, oraya baxır və ABŞ-ın nə edəcəyini gözləyir: “Sizi Slovakiyanın daxili işləri ilə yormaq istəmirəm. Məni düzgün başa düşün, cənab jurnalist. Bütün Avropa bilir ki, 2000-ci illərdə Slovakiyada müxalifətə qarşı cinayət hüququndan sui-istifadə edilib. O zaman mən də müxalifətdə idim. Məni də cinayət törətməkdə ittiham ediblər və az qala həbs edəcəkdilər. Bu ittihamlar iqtisadi məsələlərə görə deyil, siyasi xarakter daşıyırdı. Avropa İttifaqı və Avropa Komissiyası Slovakiyada olan hadisələr barədə heç nə demədi. Çünki o vaxt Slovakiyada Avropa İttifaqının hər bir dediyini icra edən hökumət var idi.

Ukraynadakı müharibə ilə bağlı isə Avropa İttifaqında fərqli düşünürlər. Vəziyyət dəyişir. Təkrar edirəm, bu müharibənin həlli hərb yolu ilə deyil. Sadəcə, Avropada yox, bütün dünyada məsələyə obyektiv baxan qüvvələr var. AŞPA-da nümayəndə heyətiniz olmadan siz hansı dialoqdan söhbət edə bilərsiniz? Cənab Prezidentlə görüşdə mən dedim ki, Avropa İttifaqının tamhüquqlu üzvü olaraq Şengen və avronun bir hissəsiyik.

Kiçik ölkəyik, odur ki, hər zaman bizim fikirlərimizi nəzərə almırlar. Təəssüflər olsun ki, Avropa İttifaqında böyük və balaca ölkələrə bölünmüş bir vəziyyət hökm sürməkdədir. Bunu obyektiv şəkildə etiraf etmək lazımdır. Deməliyəm ki, sizin ölkənizlə bağlı Avropa İttifaqında məsələlər müzakirə olunarkən biz öz mövqeyimizi obyektiv şəkildə bildiririk. Mən bunu cənab Prezidentə də açıq şəkildə dedim ki, biz özümüz də Azərbaycan kimi böyük ədalətsizlik yaşamışıq. Çünki Azərbaycanın Avropa İttifaqına iddia etməməsini başa düşürəm. Bu cür hissləri mən dəfələrlə yaşamışam. Biz əməkdaşlığa davam etmək istəyirik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qobustanda 35 yaşlı kişi yol qəzasında xəsarət alıb
  2. Zərdabda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
  3. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
  4. Nərimanovda 19 yaşlı gənci avtomobil vurub
  5. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  6. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  7. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  8. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  9. Bakıda yolu keçən qadını avtomobil vurub
  10. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib