ABŞ və Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları yaxın həftələrdə başa çatdıracaq
- 1-06-2024, 09:41
- Dünya
ABŞ dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba telefon danışığı zamanı Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli danışıqları yaxın həftələrdə başa çatdırmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.
“Onlar yaxın bir neçə həftə ərzində uzunmüddətli təhlükəsizlik tədbirləri ilə bağlı ikitərəfli danışıqları başa çatdırmaq barədə razılığa gəliblər”, - məlumatda vurğulanıb.
Bundan əlavə, diplomatlar döyüş meydanındakı vəziyyəti və İsveçrədə Ukrayna ilə bağlı qarşıdan gələn “Sülh sammiti”ni müzakirə ediblər.
“The Financial Times” ABŞ-ın Ukrayna ilə ikitərəfli təhlükəsizlik paktı imzalamağa yaxın olduğunu yazıb. NATO-nun 2023-cü ilin yayında Vilnüsdə keçirilən sammitində Yeddilik Qrupu ölkələri Kiyevlə təhlükəsizlik təminatlarına dair sazişlər bağlamaq niyyətlərini açıqlayıblar.
Ukrayna artıq Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Latviya, Niderland, Finlandiya və Fransa ilə 10 il müddətinə belə sazişlər imzalayıb.