BMT: İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsinə zərbə endirib
- 17-10-2024, 09:42
- Dünya
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) öz mövqelərinə İsrail qoşunları tərəfindən yenidən atəş açıldığını bildirib.
“Report” xəbər verir ki, bu barədə UNIFIL komandanlığının “X” sosial şəbəkəsindəki bəyanatında deyilir.
Məlumata görə, İsrailin Merkava tankı “mavi dəbilqəlilərin” müşahidə qülləsinə zərbə endirib və orada quraşdırılmış avadanlıqları, xüsusən də videokameraları sıradan çıxarıb.
“Kəfr Kiladakı obyektdə yerləşdirilmiş sülhməramlılar xəsarət almayıb, lakin müşahidə qülləsi zədələnib”, – mətnində qeyd olunur.
“Biz hesab edirik ki, sülhməramlıların mövqelərinə bu atəş qəsdən açılıb”, – bəyanatda vurğulanıb.
UNIFIL “Livandakı sülhməramlı missiyanın heyətinin və əmlakının təhlükəsizliyini təmin etmək və BMT obyektlərinin toxunulmazlığına hörmət etmək” öhdəliyini xatırladıb.