azadses.az » Dünya » Bu gün Gürcüstanda əhalinin ümumi siyahıyaalınması başlayacaq

Bu gün Gürcüstanda əhalinin ümumi siyahıyaalınması başlayacaq

Gürcüstanda əhalinin ümumi siyahıyaalınması ölkədə noyabrın 14-də başlayacaq və dekabrın 19-dək davam edəcək.

“Report” xəbər verir ki, proses ölkənin Milli Statistika Xidməti tərəfindən aparılacaq.

Gürcüstanda hər 10 ildən bir keçirilən siyahıyaalma ilk növbədə müasir texnologiyalardan istifadə edilməklə aparılacaq. Belə ki, statistika işçiləri ölkə sakinləri ilə müsahibələr aparacaq, evlərə və mənzillərə baş çəkəcək, elektron planşetlərdən istifadə etməklə məlumat toplayacaq.

Həmçinin, vətəndaşlar noyabrın 24-dək statistika xidmətinin internet saytında elektron sorğu anketlərini müstəqil şəkildə doldura biləcəklər. Siyahıyaalma təkcə Gürcüstan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edəcək.

2024-cü ilin siyahıyaalınmasında Gürcüstanda yaşayan vətəndaşlardan əlavə, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı məlumatlar da toplanacaq. Milli Statistika Xidmətinin rəhbəri Qoqida Todradzenin izah edib ki, siyahıyaalma zamanı vətəndaşlar, həmçinin onların mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarının sahəsi və təyinatı, yetişdirilən üzüm sortları, mal-qara, quşların sayı və s. qeydə alınacaq.

2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, Gürcüstanın əhalisi 3 milyon 713 min 804 nəfər olub. Araşdırmanın etnik komponentinə gəlincə, 2014-cü ildə ölkədə 3 224 564 gürcü, 233 024 azərbaycanlı, 168 102 erməni və 14 385 rus yaşayır. Bunlar Gürcüstanın ən böyük etnik qruplarıdır.

Gürcüstanda aparılan əhalinin siyahıyaalınması ilə bağlı ilk məlumat təxminən 2025-ci ilin iyununda dərc olunacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qobustanda iki maşın toqquşub, xəsarət alan var
  2. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  3. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  4. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  5. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  6. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  7. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  8. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  9. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  10. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib