NATO Baltik dənizinin sualtı infrastrukturuna nəzarət edəcək
- 21-11-2024, 12:12
- Dünya
Şimali Atlantika Alyansı 2024-cü ilin dekabrından Finlandiyada yaradılmış NATO-nun dəniz mərkəzinin bazasında Baltik dənizinin sualtı infrastrukturunun monitorinqinə başlayacaq.
“Report” xəbər verir ki, bu barədə “Helsingin Sanomat (HS)” məlumat yayıb.
Qeyd olunur ki, Norveç komandanı NATO dəniz mərkəzinin kritik sualtı infrastrukturunun təhlükəsizliyi üzrə işinin modelini beynəlxalq KİV-lərə təqdim edib. Onun sözlərinə görə, hazırda mərkəzin işi ilkin mərhələdədir, o, işinə may ayında başlayıb.
Nəşr qeyd edib ki, monitorinqin avtomatik identifikasiya sisteminin (AIS) məlumatlarını birləşdirən proqram təminatı vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Proqram gəmilərin yeri, peyk şəkilləri və boru kəməri sensorlarını qeydə alır.