ABŞ enerji sisteminin sabitliyi üçün Ukraynaya 825 milyon dollar ayırmağı planlaşdırır
- 4-12-2024, 11:19
- Dünya
ABŞ enerji sisteminin sabitliyi üçün Ukraynaya 825 milyon dollar ayırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
“Andrey Sibiqa və Antoni Blinken NATO-nun mənzil-qərargahında Ukrayna və ABŞ hökumətləri arasında enerji sisteminin davamlılığının təmin edilməsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar”, - məlumatda bildirilir.
Qeyd olunur ki, memorandumda ABŞ tərəfinin 825 milyon dollara qədər yardım göstərməsi nəzərdə tutulur.