"Greenpeace"in qurucusu həbsdən azad edilib
- 18-12-2024, 18:11
- Dünya
"Greenpeace" ekoloji təşkilatının qurucularından biri olan Pol Uotson həbsdən azad edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə DR telekanalı onun vəkili Yonas Kristoffersenə istinadən məlumat yayıb.
"Pol Uotson Yaponiyaya ekstradisiya edilməyəcək. O, təxminən beş ay qaldığı həbsxanadan azad edilir", - məlumatda deyilir.
Kristoffersen qeyd edib ki, həmişə Uotsonun işini əhəmiyyətsiz hesab edib.
Qrenlandiya polisi fəalı iyulun 21-də adanın ən böyük şəhəri olan Nuukda saxlayıb. Yaponiya 2010-cu ildə "balina ovçularına hücum və onların işinə mane olmaq" ittihamı ilə verilmiş həbs orderinə əsasən onun ekstradisiyasını tələb edirdi.
Uotsonun özü təqsirini etiraf etməyib və hesab edib ki, onun ekstradisiyası İnsan Hüquqları üzrə Avropa Konvensiyasının pozulması olacaq, çünki onun fikrincə, Yaponiyada insan hüquqları pozulur.
Oktyabrda Uotson Fransa Prezidenti Emmanuel Makrona siyasi sığınacaq xahişi ilə məktub göndərib. O, bunu balina ovuna qarşı aksiyalara görə onun ekstradisiyasını tələb edən Yaponiya hakimiyyəti tərəfindən təqib edilməsi ilə izah edib.