Norveç Maqdeburq terror aktından sonra təhlükəsizlik tədbirlərini gücləndirib
- Bu gün, 16:31
- Dünya
Norveç Maqdeburqda (Saksoniya-Anhalt federal torpağı) baş vermiş terror aktından sonra ölkənin şəhərlərində təhlükəsizlik tədbirlərini gücləndirib.
“Report” xəbər verir ki, bu barədə Milli Polis İdarəsinin nümayəndəsi Byorn Eyrik Vannvik NRK yayım korporasiyasına bildirib.
“Küçələrdə patrul xidməti gücləndirilib və potensial təhlükənin mümkün olduğu izdihamlı yerlərdə polis işçilərinin sayı artırılıb”, – o qeyd edib.
Eyrik Vannvik bunların yalnız ehtiyat tədbirləri olduğunu vurğulayıb.
“Ölkədəki vəziyyət dəyişməyib və onun dəyişəcəyini göstərən heç nə yoxdur”, – o əlavə edib.
Xatırladaq ki, dekabrın 20-də avtomobil sürücüsü Almaniyanın Maqdeburq şəhərində (Saksoniya-Anhalt federal torpağı) Milad yarmarkasının ziyarətçilərinin üzərinə sürüb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 205 nəfər xəsarət alıb. Ehtimal edilən suçlu Talib Əbdülmöhsəndir. O, sosial şəbəkələrdəki paylaşımlarında Almaniyadan “suriyalı cihadçılara” sığınacaq verdiyinə və guya “Avropanı islamlaşdırmaq istədiyinə” görə qisas alacağı ilə hədələyib.