Husilər Ben-Qurion aeroportuna və Qırmızı dənizdə ABŞ gəmilərinə zərbə endirdiklərini bildiriblər
- 22-03-2025, 13:04
- Dünya
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika təyyarə daşıyıcı qrupunun gəmilərinə zərbələr endiriblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı husilər tərəfindən formalaşdırılmış silahlı qüvvələrin bəyanatını dərc edərək bildirib.
“Biz işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion hava limanına “Fələstin-2” hipersəs ballistik raketi ilə hücum etdik. Bütün aviasiya şirkətlərini xəbərdar edirik ki, Ben-Qurion aeroportu hava hərəkəti üçün təhlükəsiz deyil və belə də qalacaq. Hərbi Hava Qüvvələri “USS Harry Truman” Amerika təyyarə daşıyıcısı ilə əlaqəli bir sıra hərbi gəmilərə hücum əməliyyatı həyata keçirib”, – məlumatda deyilir.