Pakistanda polis patrul dəstəsinə pusquda dörd nəfər ölüb
- 24-03-2025, 13:04
- Dünya
Pakistanın cənub-qərb əyaləti Bəlucistanın Nuşki şəhərində patrul dəstəsinə hücum nəticəsində azı dörd polis əməkdaşı ölüb.
“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi polisə istinadən məlumat yayıb.
Bildirilib ki, naməlum terrorçular Nuşkidəki Qaribabad rayonu yaxınlığında polis patrul maşınına qarşı pusqu qurublar. Hadisə nəticəsində dörd hüquq-mühafizə əməkdaşı ölüb. Təhlükəsizlik qüvvələri dərhal hücum edənləri tapmaq üçün axtarış əməliyyatına başlayıblar.
Hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.