ÜTT: ABŞ-Çin ticarəti 80 % azalacaq
- 10-04-2025, 11:19
- Dünya
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ABŞ və Çin arasında ticarət dövriyyəsinin bu ölkələrin bir-birinə qarşılıqlı tariflər tətbiq etməsi səbəbindən 80 % azalacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
"ABŞ və Çin arasında ticarət gərginliyinin artması ikitərəfli ticarətin kəskin azalması üçün əhəmiyyətli risk yaradır. İlkin proqnozlarımıza görə, iki ölkə arasında ticarət dövriyyəsi 80 % azala bilər", - ÜTT-nin baş direktoru Nqozi Okonco-İveala bildirib.
Birləşmiş Ştatlar və Çin birlikdə bütün qlobal ticarətin təxminən 3 %-ni təşkil edir.
"Dünyanın iki ən böyük iqtisadiyyatı arasında qarşılıqlı tariflər qlobal iqtisadi artım perspektivlərinin ciddi şəkildə pisləşməsinə səbəb ola biləcək geniş təsirlərə malik olacaq", - ÜTT rəhbəri bildirib.
Onun sözlərinə görə, qlobal ticarətin siyasi müttəfiqlik xətti üzrə potensial parçalanması xüsusi narahatlıq doğurur: “Qlobal iqtisadiyyatın iki bloka bölünməsi qlobal ÜDM-in real ifadədə demək olar, 7 %-lik uzunmüddətli azalmasına səbəb ola bilər”.