ÜST rəhbəri: ABŞ-nin maliyyəsinin kəsilməsi səbəbindən təşkilatda ixtisarlar olub
- Dünən, 08:00
- Dünya
ABŞ tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsinin azaldılması nəticəsində təşkilatın büdcəsi kəsir vəziyyətinə düşüb. Bu səbəbdən ÜST bəzi proqramlarını ixtisar etməyə və əməkdaşları işdən çıxarmağa məcbur olub.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presses” (AFP) agentliyi təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusa istinadən məlumat yayıb.
"ABŞ-nin 2024 və 2025-ci illər üçün qiymətləndirilmiş üzvlüklərdən imtinası və bəzi digər ölkələrin rəsmi inkişaf yardımının kəsilməsi o deməkdir ki, biz 2026-2027-ci illər üçün 560 milyon dollardan 650 milyon dollara qədər əmək haqqı çatışmazlığı ilə üzləşmişik", - AFP ÜST rəhbərindən sitat gətirib.