Qazaxıstanda "Mərkəzi Asiya-Çin" formatında XİN başçılarının görüşü başlayıb
- Bu gün, 10:31
- Dünya
Qazaxıstanın Almatı şəhərində "Mərkəzi Asiya-Çin" formatında xarici işlər nazirlərinin VI görüşü başlayıb.
Bu barədə “Report”un yerli bürosu Qazaxıstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
İclas zamanı iştirakçılar siyasi dialoqun gücləndirilməsi, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı aktual məsələləri müzakirə edəcəklər.
Bundan əlavə, iclasın gündəliyinə müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə, həmçinin regionda dayanıqlı inkişaf və ekoloji təhlükəsizliyin təmin edilməsi məsələlərinin müzakirəsi daxildir.