Sloveniya Prezidenti: Aİ Rusiya ilə əlaqələrin bərpası üzərində işləyir
- 26-05-2025, 12:10
- Dünya
Sloveniya Prezidenti Nataşa Pirts-Musar iddia edir ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ona Aİ-də Rusiya ilə əlaqələrin bərpası üzərində işlərin aparıldığını bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Sloveniya Prezidentinin sözlərinə görə, AK rəhbəri Brüsseldə onunla söhbət zamanı "onların bu istiqamətdə işlədiklərini söyləyib". Təşkilat hələ ki, bu məlumatı nəşrə təsdiqləməyib.
Sloveniya Prezidenti hesab edir ki, Moskva ilə birbaşa danışıqların bərpası Avropa üçün zəruridir: "Avropa İttifaqının səhvlərindən biri Rusiya ilə dialoqu dayandırmaq oldu".
O qeyd edib ki, Avropa İttifaqı Rusiya ilə danışıqlardan imtina etdiyinə görə "nüfuzlu siyasi birlik kimi qəbul edilmir". Sloveniya Prezidenti hesab edir ki, Avropa Ukrayna böhranının nizamlanması üzrə danışıqlar masasına dəvət olunmaq üçün səy göstərməlidir.