ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər - Navalnıya görə
- 25-09-2020, 08:07
- Dünya
Hər iki partiyadan olan amerikalı senatorlar Berlində intoksikasiyadan müalicə olunan rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.
“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə senator Marko Rubionun saytında deyilir.
Senatorlar Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Əleyhinə sanksiyalar tətbiq oluna biləcək şəxslərin adları və vəzifələri dəqiqləşdirilmir.