İranda koronavirusdan ölənlərin sayı 38 minə çatır
- 7-11-2020, 14:19
- Dünya

''Azad Səs'' xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, İranda, ümumilikdə, 37 832 nəfər pandemiyanın qurbanı olub.
Son sutkada daha 9 450 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 673 250-yə yüksəlib.
Məlumatda həmçinin 5 506 nəfərin ağır vəziyyətdə olduğu, 515 153 nəfərin isə sağaldığı vurğulanıb.