Makron Fransadakı müsəlman liderlərinə ŞƏRT KƏSDİ
- 20-11-2020, 15:42
- Dünya
Fransa prezidenti Emmanuel Makron fransalı imamlara respublika dəyərləri xartiyasını qəbul etmək üçün 15 gün vaxt verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xartiya dinin təhsildən və dövlətdən ciddi şəkildə ayrılmasını, həmçinin müsəlman icmalarına xarici müdaxilələrin qadağan edilməsini nəzərdə tutur.
LCI telekanalının yaydığı məlumata görə, Fransa müsəlmanlarının liderləri noyabrın 18-də Makronla görüşərkən milli imamlar şurasının yaradılmasına razılıq veriblər. Şuranın moizələr üçün rəsmi akkreditasiyalar verəcəyi nəzərdə tutulub.