azadses.az » Dünya » Ankaranı bombalayan pilotlara hökm oxundu

Ankaranı bombalayan pilotlara hökm oxundu

Türkiyədə 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən bir qrup şəxsə hökm oxunub.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, 15 iyulda FETÖ-nün hərbi çevrilişi idarə etdiyi Akıncı hərbi bazasında hərəkətlərlə bağlı, “mülki imamlar” və Ankaranı bombalayan pilotların da arasında olduğu 475 nəfər müttəhimin cinayət işi üzrə qərar açıqlanıb.
 
Qeyd edək ki, onlardan 365 nəfər saxlanılıb.
 
Akıncı bazasında olduqları müəyyən edilən terror təşkilatının “mülki imamları” - Kemal Batmaz, Hakan Çiçek, Harun Biniş və Nurettin Oruç konstitusiyanı dəyişdirməyə cəhd, prezidentə sui-qəsd və qəsdən öldürmə üzrə təqsirli bilinərək 79 dəfə ömürlük azadlıqdan məhrum ediliblər.
 
Ankaranı vuran pilotlara yanacaq təşkil edən İncirlik 10-cu Tanker bazasının komandiri Bekir Ercan Van, F-16 pilotlarını yönləndirən sabiq polkovnik-leytenant Hakan Karakuş, Polis Hava Dairəsini lazerlə işarələyən pilot, sabiq mayor Mustafa Azimetli, hərbi çevrilişə cəhd zamanı F-16-lara bombalama təlimatlarını çatdıran sabiq kapitan Mustafa Mete Kaygusuz, Ankarada F-16 ilə ilk uçuşu həyata keçirən sabiq mayor Mehmet Fatih Çavur 79 dəfə ömürlük azadlıqdan məhrum ediliblər.
 
Çevrilişə cəhd zamanı Polis Özəl Hərəkat Dairəsini bombalayan pilot, sabiq kapitan Uğur Uzunoğlu 45 dəfə ömürlük azadlıqdan məhrum edilib.
 
Sabiq polkovnik Fatih Yarımbaş isə 9 dəfə ömürlük azadlıqdan məhrum edilib.
 
Aralarında FETÖ-nun rəhbəri Fətullah Gülən və “mülki imam” Adil Öksüzün olduğu 6 nəfərin cinayət işi üzrə icraat isə ayrılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib