Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, dekabrın 10-da saat 19 radələrində paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Hüsən Hüsənzadəni vurub.
Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa dekabrın 10-da saat 7 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Məmmədov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən həmyerlisi Kəmalə Musayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılır.
Bakıda faciəvi hadisə - 2 nəfər öldü
- 11-12-2020, 15:20
- Hadisə