Polis qalmaqallı məktəb direktorunu cəzalandırdı
- 23-12-2020, 09:41
- Hadisə

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakt təsdiqini tapıb.
Qeyd edilib ki, N.Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar yazılıb.
Xatırladaq ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.Report