Bakıda sevgililər gününü qeyd edən 15 nəfər cəzalandırıldı
- 17-02-2021, 15:59
- Hadisə

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, "Cənub” kafesində 14 fevral - Sevgililər Günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.
İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq, barələrində inzibati protokollar tərtib olunub.