Fövqəladə Hallar Nazirliyindən "Azadsəs.az"a verilən məlumata görə, hadisə bu gün rayonun Güllütəpə kəndində qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində ümumi sahəsi 300 m² olan evin bir hissəsi yanıb. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı biri azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.