Qaxda 54 yaşlı qadın intihar etdi
- 25-12-2021, 16:18
- Hadisə

“Azadsəs.az” ın məlumatına görə intihar hadisəsi rayonun İmam Mustafayev küçəsi ev 102-də baş verib. Həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Əlicanova Nigar Hacıbaba qızı özünü yaşadığı evdə asaraq intihar edib.
Məlumata görə, N.Əlicanova son vaxtlar əsəb xəstəliyindın əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.