Bakıda 38 yaşlı qadın dəm qazından öldü
Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.
“Azadsəs.az” APA-ya istinadən xəbər verir ki, hadisə Natavan küçəsində qeydə alınıb.
Belə ki, 38 yaşlı Natavan Kərimova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.