“Dörd sutkada 16 uşaq ölüb” - Zelenski

“Azadsəs.az” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski növbəti videomüraciətində deyib.
Onun sözlərinə görə, 4 sutka ərzində 16 uşaq həlak olub, daha 45-i isə yaralanıb. Zelenski, həmçinin Avropa İttifaqına Ukraynaya silah tədarük etmək qərarına görə təşəkkür edib.