Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi

“Azadsəs.az” xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.
Bildirilib ki, dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən tədbirlərə başlanılıb. Digər yaralı Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır.