Rusiyada bina çökdü: Ölən və yaralananlar var

Hadisə Andropov küçəsi, ev 21 ünvanında baş verib.
Uçqun əsasən yaşayış binasının pilləkənlər olan hissəsində qeydə alınıb.
İlkin məlumata görə, binada təmir işləri aparılıb. Qəza zamanı binada 14 nəfər işçi olub. Zərərçəkənlər də məhz onlardır.