Mənzilə basqın edib ev sahibini yaraladılar

“Azadsəs.az”ın xəbərinə görə, hadisə şəhərin Əziz Əliyev prospektində Rəşid Abbasova məxsus mənzildə baş verib.
Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyyəsinə xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən qaçıblar.
Xəsarət alan R. Abbasov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.