“Lexus”la motosiklet sürücüsünün ayağının üstündən keçdi, döyüb təhqir etdi - Video

“Azadsəs.az” xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.
Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.
Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və nalayiq sözlər işlədir.