Maleviç” Eskişehirdə sakinləri qorxutdu

Naməlum şəxs tərəfindən küçədəki binaların bir çoxuna rusca “Maleviç” sözü yazılıb. Naməlum şəxs hətta binaların ikinci mərtəbəsinə çıxmağı və eyni sözü orada da yazmağı bacarıb.
Vətəndaşlar və bina sahibləri məsələ ilə bağlı polisə şikayət ediblər.
Qeyd edək ki, Kazimir Severinoviç Maleviç Polşa əsilli rusiyalı avanqard rəssamıdır (1879-1935). Onun ən məşhur əsəri 1915-ci ildə yaratdığı “Qara kvadrat”dır. Bu əsər 2018-ci ildə “Christie’s” hərracında 85.8 milyon ABŞ dollarına satılıb.