Güclü külək Qaxda tikililərin dam örtüyünü uçurub, ağacları aşırıb - FOTO

“Report” xəbər verir ki, külək, əsasən Ləkit kəndində fəsadlara yol açıb.
Belə ki, leysan yağışla müşahidə olunan güclü külək kənd sakini Alik Şixamirova məxsus mal tövləsinin dam örtüyünü uçurub. Külək bundan başqa, kənd ərazisində ağacları da kökündən çıxararaq aşırıb.
Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.



