azadses.az » Hadisə » Oğlu tərəfindən maşını yandırılan ata: “Yanında oturub isinirdi”

Oğlu tərəfindən maşını yandırılan ata: “Yanında oturub isinirdi”

Qəbələdə atasının avtomobilini yandıran şəxsə hökm oxunub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrında rayonun kəndlərindən birində baş verib. Belə ki, atası ilə birlikdə yaşayan 1982-ci il təvəllüdlü Zöhrab Məmmədov (şərti) maşınını ona vermədiyi üçün atasından qisas almaq məqsədilə “Ford Transit” markalı mikroavtobusun üzərinə benzin tökərək yandırıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Avtomobilin sahibi Səhrab Məmmədova (şərti) 12 min manat zərər dəyib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Qəbələ Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Zöhrab Məmmədov bildirib ki, hadisə baş verən gün o, içkili olub və atası ilə mübahisələri düşüb:

“Atam mikroavtobusla sərnişin daşıyaraq qazanc əldə edirdi. Ona dedim ki, maşını başqalarına yox, mənə versin, sürüm. Sərnişin də daşıyaram. O isə avtomobili heç vaxt mənə verməyəcəyini bildirdi. Buna görə aramızda mübahisə düşdü. Daha sonra mən evdən çıxıb kafeyə getdim. Evdə də içki içmişdim, kafedə də pivə içdim. Sonra evə gəldim. Çox əsəbi idim və qərara gəldim ki, atamın maşınını yandırım. Gecə saat 03 radələrində həyətə düşdüm. Avtomobilin üzərinə benzin tökərək alışqanla yandırdım. Daha sonra atam, anam və həyat yoldaşım pəncərədən maşının yandığını görüb kimin etdiyini soruşdular. Dedim ki, özüm etmişəm. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldilər və yanğını söndürdülər. Daha sonra polislər gəlib məni bölməyə apardılar. İzahatımı aldılar.

Əməlimdən çox peşmanam. Atamla barışmışıq. Özüm II qrup əliləm, eyni zamanda talassemiya xəstəsiyəm. Himayəmdə üç yetkinlik yaşına çatmayan uşağım var. Çox xahiş edirəm, bütün bunlar nəzərə alınaraq mənə yüngül cəza verilsin”.

Hadisə zamanı zərərçəkən Səhrab Məmmədov məhkəmədəki ifadəsində bildirib ki, hazırda oğlu ilə barışıb və onunla bağlı heç bir tələbi yoxdur:

“Həmin gün o, içkili idi və məndən maşını istədi. Elə içkili olduğuna görə maşını ona vermədim. Gecə nəvəm gəlib məni oyadaraq dedi ki, maşın yanır. Mən də durub baxanda gördüm ki, Zöhrab yanan maşının yanında durub isinir.

O maşını altı il əvvəl almışdım. Onunla sərnişin daşıyırdım. Oğlum isə onu yandırdı. Mənə 12 000 manat dəyərində zərər dəydi. Onu alanda oğlumun mənə köməkliyi dəyməmişdi”.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Zöhrab Məmmədov CM-nin 186.2.2-ci maddəsi ilə (Əmlakı qəsdən yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə CM-nin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq edilərək iki il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  2. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  3. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  4. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  5. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  6. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  7. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  8. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  9. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
  10. Bəzi çaylarda sululuq artıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib