Sumqayıtda iki gün əvvəl bıçaqlanan kişi dünyasını dəyişdi

APA-nın yerli bürosunun məlumatına görə, iyulun 14-də şəhər ərazisində baş verən hadisə zamanı 1968-ci il təvəllüdlü Kamalov Rafiq Qasım oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Xəstəxanaya yerləşdirilən 54 yaşlı şəhər sakini həkimlərin səyinə baxmayaraq, bu gün ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.