Azad Səs-in məlumatına görə, Ağdaş rayonunun Yenicə kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun mühərrik hissəsi yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.