Bakıda qəlibçi doqquzuncu mərtəbədən yıxılaraq öldü

Bu barədə Xətai Rayon Prokurorluğu məlumat yayıb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.