Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçib
- 2-08-2020, 07:54
- Hadisə

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub.
Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.