“Azərsu”: Magistral su kəmərində baş verən qəza ilə bağlı işlər davam edir - YENİLƏNİB + FOTO/VİDEO

Bu barədə APA-ya “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Qeyd edək ki, qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basmışdı.
Bir qədər əvvəl FHN-dən verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.



