İcra başçısının avtomobilini vurdular
Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin “20 Yanvar” küçəsində, İcra Hakimiyyəti binasının qarşısında baş verib. “Opel” markalı avtomobil, “Nissan” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, “Nissan” markalı avtomobil Mingəçevir şəhər icra başçısı İlham İsmayılovun xidməti maşını olub. Hadisə baş verərkən isə başçı avtomobildə olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir şəhəri ərazisində “Opel” markalı avtomobilin sürücüsü arxaya hərəkət edərkən manevr etmə qaydalarını pozub və “Nissan” markalı avtomobilə dəyib. Qaydanı pozan “Opel”in sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci ( manevr etmə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və nəqliyyat vasitələri yüngül zərər görüb.