Lənkəranda ev yanıb: Ana və övladı xəsarət alıblar
- 9-11-2022, 09:41
- Hadisə

“Report”un verdiyi xəbərə görə, hadisə 1976-cı il təvəllüdlü Natavan Sənan qızı Hüseynovaya məxsus olan evdə baş verib.
Ev sahibi və övladı - Hüseynova Nigar Emin qızı yanğından xilas olmaq üçün özlərini ikinci mərtəbədən aşağı atarkən xəsarət alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.