PKK terrorçuları zəlzələni fürsət bilib Türkiyə ərazisinə hücum ediblər
PKK/YPG terror təşkilatı Türkiyə ərazisində baş verən dağıdıcı zəlzələni fürsət bilərək ölkənin Suriya ilə sərhəddə yerləşən Öncüpınar sərhəd məntəqəsinə hücum ediblər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
Nazirliyin məlumatında qeyd olunub ki, Türkiyə ordusu hücumun qarşısını müvəffəqiyyətlə alıb, itki qeydə alınmayıb.