Malatyada yenidən zəlzələ olub
- 19-02-2023, 17:19
- Hadisə
Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4,7 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.
Xatırladaq ki, fevralın 6-da 7,6 və 7,7 maqnitudalı zəlzələlərədən sonra 6 mindən çox afterşok qeydə alınıb.