Azərbaycanda ata oğlunu öldürüb polisə təslim oldu
Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal Rayon Prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.