İribuynuzlu heyvan Astara sakinini vuraraq öldürüb
- 19-07-2023, 16:02
- Hadisə
Astarada iribuynuzlu heyvan sahibinə xəsarət yetirib, o xəstəxanada həyatını itirib.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə Maşxan kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Elşən Müqabil oğlu İbadov gecə saatlarında həyətə düşüb. Bu zaman iribuynuzlu heyvan (kəl) arxadan hücum edərək onu ayaqlarının altında əzib. Səsə çıxan ev sahibləri Elşən İbadovu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsində xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, o, təcili əməliyyat blokuna göndərilib. Bütün reanimasion və cərrahi müdaxilələrə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.